“Atletiko Madrid” iki futbolçu transfer edib

  • By admin
  • 01 Yanvar 2018 09:35

Atletiko Madrid” 2 qış transferi – Vitolo və Diyeqo Koştanı təqdim edib.

Gununsesi.info xəbər verir ki, hər iki futbolçu bir müddət öncə komandaya qoşulsa da, FİFA-nın transfer qadağasına görə qeydiyyatdan keçirilməmişdi. 28 yaşlı Vitolo mövsümün əvvəlində “Sevilya”dan Madrid klubuna gəlmiş, daha sonra “Las Palmas”a icarəyə verilmişdi. Koşta isə sentyabrda “Çelsi”dən transfer olunmuşdu. 29 yaşlı forvard 2007-09 və 2010-14-cü illərdə “Atletiko”nun şərəfini qorumuşdu.

Gununsesi.info