“Atoş” sürücülər üçün sərt qanun

  • By admin
  • 23 Fevral 2021 21:10

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edib.

Gununsesi.info bildirir ki, dəyişikliklərə əsasən avtomobillərin ön şüşəsinin yuxarısına rəngli plyonka bərkidilməsinin qadağan olunub. Bundan başqa sürət həddini 60 km/saatdan artıq aşmaqla avtoxuliqanlıq edənlər həbs olunacaq.

Dəyişikliklə avtoxuliqanlıq hərəkətlərini yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə iki ay müddətə inzibati həbs tətbiq olunacaq.

Yeni qanuna görə, həmçinin sürücülük vəsiqəsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılıb. Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılacaq.

 

Turanə Tağızadə

Gununses.info