ATV əməkdaşını döyən restoran sahibi danışdı - ÖZƏL

  • By admin
  • 07 İyun 2016 12:06

ATV

ATV əməkdaşlarını döyən restoran sahibi baş verənlərlə bağlı Gununsesi.info-ya açıqlama verib.

 

Son günlər ətrafında müzakirələrin səngimədiyi ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşlarının qalmaqal yaratdığı Bakı-Şamaxı yolunun 123-cü kilometrliyində fəaliyyət göstərən “Şamaxı” restoranın sahibi Hüseyn Allahverdiyev iyunun 4-də müəssisədə baş verən insidentlə bağlı geniş açıqlama verib.

 

ATV  telekanalının “Yoxlama” layihəsinin sizin restoranda çəkiliş aparmağa cəhd göstərməsi tərəfinizdən çəkiliş qrupuna etiraz edilməsi haqda oxucularımıza məlumat verin….

 

Çəkiliş qrupu özünü təqdim etmədən anidən restotana daxil olub, dedilərçəkiliş aparmağa gəlmişik. Hələ bu az imiş kimi, həyasizcasına işçilərimizi də restoranından bayıra çıxartdılar. Məndə gəldim gördüm ki, hərənin əlində bir videokamera çəkiliş aparırlar. Soruşdum, ay qardaş siz kimsiniz, nəçisiz, hardan gəlmisiniz,nə eləmək fikrindəsiniz? Məni heç saya saymadılar da, elə bil soruşduqlarımı eşitmirdilər. Hətta onlardan biri əliynən məni sinəmdən itələyib yerə yıxdı. Həmin vaxt restoranda nahar edənlərdən biri gəlib məni ayağa qaldırdı. Gördülər yıxılmışam, çıxıb bayırda  öz maşınlarının yanına qaçdılar. Ondan sonra isə maşınlarının yanında durub, tərpənmirlər. Mən də onlara dedim ki, siz buraya mənimlə dava-qırğına gəlmisiz, oturun maşınınıza, çıxın gedin burdan.

 

Onlar “Şamaxı” restoranına çəkilişə gələndə ərazinizə daxil olarkən sizə ATV telekanalının rəhbərliyinin aidiyyatı üzrə  ezamiyyət vərəqəsini təqdim etmişdilər?

 

Mən sahibkaram, restoran karvansara deyil ki, hərə əlində bir kamera gəlsin ki, çəkiliş aparacam. Çəkiliş aparmaq üçün də icazə almaq lazımdır. Ezamiyyət vərəqini də göstərmək öz yerində. Onlar isə sanki, xususi təyinatlı anti-terror qrupuydular. “Yoxlama” adiyla gələnlər sorgu-sualsız, heç bir sənəd göstərmədən qəflətən restorana gəlib içəri girdilər. Heç bir söz demədən də başladılar çəkilişə. Mən restoranın sahibiyəm, həm də ağsaqqal adamam, soruşuram bala nə lazımdı, siz kimsiz, nəçisiniz heç biri mənə cavab vermədi. Başladılar telefonla şəkil, kamera ilə vido çəkməyə. Elə bil basqın edirdilər, jurnalist adına yaraşmayan hərəkətlə  vəhşi kimi içəri daxil oldular.

 

Hüquq mühafizə orqanlarına siz müraciət etmisiniz, yoxsa onlar?

 

Mən də müraciət etmişəm, onlar da.

 

 

ATV-nin əməkdaşları iddia edirlər ki, incident əsnasında onların çəkiliş avadanlıqlarını sındırmısınız, maşınlarına ziyan vurmusunuz, həqiqətənmi belədir?

 

Aparatlar onların əlindəydi, bizdə yox. Biz onların aparatlarına əlimizi də vurmamışıq. Avadanlıqların  sınıb sınmadığını hardan bilək? Bəlkə özləri sındırıblar, işlərinə gəlir deyə, bizim boynumuza atırlar. Əgər həqiqətən onların aparatlarını sındırmışdıqsa, axşam efirdən göstərdiklərini necə çəkiblər?

 

“Yoxlama” layihəsinin əməkdaşları iddia edir ki, “Şamaxı” restoranın mətbəxinə girəndə divarda böcək görüblər, antisanitariya baş alıb gedir….

 

Sizdən xahiş edirəm, əlinizdə nə çəkiliş aparatınız var, götürüb gəlin, necə istəyirsiniz, çəkiliş aparın. Əgər  restoranın xidmət otaqlarında, mətbəxdə və anbarda bircə  nöqsan olsa, nə istəsəniz, deyin mənə. Qurana əl basaram ki, bizim restoranda heç bir böcək filan olmayıb. “Şamaxı” restoranı yolüstü iaşə obyektidir, müştərilərin sıx müraciət etdiyi yerdir. Hamı da bura gələndə razılıqla gedir. Əgər onlar çəkiliş aparmaq istəyirdilərsə, qabaqcadan məndən icazə alardılar, özlərini təqdim edərdilər. Deyərdilər ki, ay ağsaqqal, biz filan yerdən gəlmişik, çəkiliş aparmağımıza icazə verin. Əgər icazəsiz girirdilərsə də, içəri bir nəfər daxil olub,  çəkilş aparadı. Nə deyəcəkdik ki? Partizanlar kimi 6 nəfərin hamısı içəri doluşub. Bu hüququ onlara kim verib? Restoran sahibləri deyirlər ki, onlar çəkilişə getdikləri obyektlərə özləriylə kibrit qutusunda tarakan və digər böcəklər gətirirlər, işçiləri bayıra çıxartdıqlarından həmin böcəkləri rahatca restoranın mətbəxinə buraxırlar. Biziç müəssisədə isə işçilərimiz onlara  belə  imkanı verməmişdilər ki, özlərinə gətirdikləri o həşaratları buraxsınlar orada. Şamaxıda sayılıb seçilən restoranlardandır bura. Bütün bu həngamələri onlar özləri şou xatirinə qəsdən elədilər.

 

İşçilərinizi niyə çıxartdılar bayıra? Səbəbini soruşdunuz?

 

Bilmirəm, onlar cavab versinlər ki, niyə bizim işçilərimizi bayıra çıxardıblar. Yersiz gəldi, yerli qaç. Heç dövlət orqanlarından harasa yoxlamaya gedəndə işçiləri bayıra çıxartmırlar.

 

Prezidentin son illərdə sahibkarların fəaliyyətinə maneçilik törətməməklə bağlı bir neçə sərəncamı var. Müəssisənizə qarşı edilən icazəsiz yoxlamayla bağlı ölkə başçısına rəsmi müraciət edəcəksiniz?

 

Mənim o qədər də savadım yoxdur. Şamaxıda “Cümə” məscidinin qarşısında 3 mərtəbəli unvermağımı, oğlanlarımın bir neçə dükanını sökdülər heç nə edə bilmədim. Mən dövlətini sevən insanam. ərizə, şikayət yazmaq üçün savadım yoxdur. Amma bu haqda  Prezidentə və əlaqədar təşkilatlara yazıb, sahibkar olaraq dərdimi deyəcəm.

 

“Yoxlama” layihəsi Şamaxıda yalnız sizin restoranda çəkiliş aparmağa gəlmişdilər, yoxsa başqa obyektlərdə də bu hal baş verib?

 

Şamaxı rayonu ərazisində ATV-nin əməkdaşları yalnız bizim müəssisəyə hücum ediblər. Mənim restoranım yolun kənarındadı Bakı-Şamaxı yolunun 123-cü kilometrliyində. Sanki, yolustü taramaya kecmişdilər. Şamaxıda elə böyük otellər, restoranlar, ictimai-iaşə müəssisələri var. Getsinlər də oralara icazəsiz çəkilişə.  Nəinki icazəsiz içinə girməyə, heç həndəvərindən küçməyə çürət etməzlər.  Səbəbi də məlumdur niyə.

 

Gülnaz Qənbərli

Gununsesi.info