ATV-nin aparıcısını yarış maşını vurdu - VİDEO

  • By admin
  • 10 Oktyabr 2016 14:35

atv

Ötən gün paytaxtımızda keçirilən idman avtomobillərinin yarışı zamanı xoşagəlməz hadisə baş verib.

Gununsesi.info axşam.az-a istinadən xəbər verir ki, yarış maşınlarından biri yolun kənarında dayanan ATV-nin aparıcısı Nərgiz Məmmədovanı vurub. Yerə yıxılan aparıcı ayaqlarından zədə alıb.

Əməkdaşımızla söhbətində Nərgiz hazırda özünü yaxşı hiss etdiyini deyib:

“Hadisədən sonra təcili tibbi yardım kömək etdi, güclü zədə almamışdım. İlk tibbi yardımdan sonra səhnəyə qayıdıb, aparıcılığımı etdim. Xəbəri elə pis formada yaymışdılar ki, “Nərgizi maşın vurub”. Bütün qohumlarım narahat olmuşdu, dünəndən telefonlarım susmur”.

https://www.youtube.com/watch?v=YT4t1sVOMz4

Gununsesi.info