Azərbaycan–Birləşmiş Krallıq Məzunları Assosiasiyasında (AUKAA) İdarə Heyətinə keçirilən seçkilər başa çatıb.
Gununsesi.info xəbər verir ki, xəbər verir ki, seçkilərin nəticələri ilə bağlı etirazlar səsləndirilib.
UCL Azerbaijan Alumni Association-ın sədri Firuzə Nəsibzadə seçkilərdə qalib gəldiyini iddia edərək səsvermənin şəffaf və düzgün keçirilmədiyini bildirib. O, nəticələrin yenidən nəzərdən keçirilməsini tələb edib.
Firuzə Nəsibzadənin mövqeyini York və Glasgow universitetlərinin Azərbaycan məzunları şəbəkələri də dəstəkləyərək AUKAA seçkilərinin nəticələrinə etiraz etdiklərini açıqlayıblar.
Qeyd edək ki, rəsmi nəticələrə əsasən isə Fidan Cəbrayılova Firuzə Nəsibzadəni üstələyərək AUKAA-nın 2026–2027-ci illər üzrə İdarə Heyətinin sədri seçilib.
Şəbnəm












