Aviaşirkətin təyyarələri pulsuz olacaq - HƏLƏ PUL DA PAYLAYACAQLAR

  • By admin
  • 18 İyul 2017 16:42

596e012df1abe_download

İslandiyanın “WOWair” aviaşirkətinin baş direktoru Skuli Mogensen yaxın gələcəkdə sərnişinlər üçün biletlərin pulsuz olacağını elan edib.

Virtualaz.org “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, baş direktor pulsuz səyahətlərdən əlavə, sosial şəbəkələrdə aviaşirkətlə bağlı müsbət paylaşım edənləri pulla mükafatlandıra biləcəklərini də sözlərinə əlavə edib.

Şirkətin rəhbəri deyir ki, onlar əlavə xidmətlərdən daha çox pul qazanırlar və biletləri pulla satmağa ehtiyac qalmır. Həmin xidmətlərə isə təyyarədə oturacaq yerinin seçimi, erkən qeydiyyat, səyahət zamanı yeməklərin satışı, avtomobil kirayəsi, mehmanxanalarda yer sifarişi və s. aiddir.

Gununsesi.info