Avro-Atlantik inteqrasiya Ukraynanın strateji məqsədidir - AÇIQLAMA

  • By admin
  • 15 Dekabr 2017 07:50

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksandr Turçinov NATO-nun baş katibi Yens Stoltenberqlə Brüsseldə keçirdiyi görüşdə Ukraynanın strateji məqsədini açıqlayıb.

Gununsesi.info, bu barədə MTMŞ-in mətbuat xidmətinin məlumatında bildirilir.

“Avro-Atlantik inteqrasiya Ukraynanın strateji məqsədidir” – deyə Turçinov vurğulayıb.

Tərəflər həmçinin Donbasdakı vəziyyəti və Ukraynanın üzləşdiyi hibrid təhlükələri müzakirə ediblər.

Gununsesi.info