Azərbaycan Mərkəzi Bankı (AMB) 19 dekabr tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Gununsesi.info-ya verilən məlumata görə, dekabrın 19-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi dekabrın 16-sı ilə müqayisədə dəyişməyərək 1,7525 manat təşkil edib.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,32% möhkəmlənərək 1,8335 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,7% ucuzlaşaraq 0,0282 manata enib.
Türkiyə lirəsinin məzənnəsi 0,28% möhkəmlənərək 0,4997 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1866 manatdır. Beləliklə, funt sterlinqin 0,46%-lik artım baş verib.
Gürcüstan larisinin məzənnəsi isə 0,64% geriləyərək 0,6497 manat olub.
Anar
Gununsesi.info