Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq

  • By admin
  • 01 Dekabr 2016 20:45

avrokubok

UEFA Çempionlar və Avropa liqalarının sonuncu qrup oyunları bir dəqiqəlik sükutla start götürəcək.

Gununsesi.info qitə futbol qurumunun mətbuat xidmətinə istinadla xəbər verir ki, altıncı turun bütün görüşlərində təyyarə qəzasında həlak olmuş Braziliyanın “Şapekoense” klubunun futbolçularının xatirəsi yad ediləcək.

Qeyd edək ki, Çempionlar Liqasının matçları dekabrın 6-7-də, Avropa Liqasının qarşılaşmaları isə dekabrın 8-də oynanılacaq.

Gununsesi.info