Avropa Birliyi Zəngəzur dəhlizində iştirak etmək istəyir

  • Müəllif: Firuzə
  • 02 Dekabr 2025 14:57

Avropa Birliyi TRIPP layihəsində (Zəngəzur dəhlizi) mümkün iştirakla bağlı ABŞ, Azərbaycan və Türkiyə ilə danışıqlar aparır.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Birliyinin Genişlənmə üzrə komissarı Marta Kos bildirib.

O qeyd edib ki, Avropa Birliyinin öz təklifləri var və blok Türkiyə və Azərbaycanla məsləhətləşmələri davam etdirir.

“Layihə dəmir yolunun bir hissəsini əhatə etdiyi üçün ABŞ-ın iştirakı xüsusilə vacibdir”, – Marta Kos deyib.

Gununsesi.info