Avropa çempionatı davam edir - GÜLƏŞÇİLƏRİMİZ 2 QIZIL, 1 GÜMÜŞ VƏ 1 BÜRÜNC MEDAL QAZANIB

  • By admin
  • 04 May 2017 12:31

05

Serbiyanın Novı Sad şəhərində güləş üzrə Avropa çempionatı davam edir.

Güləş Federasiyasından Gununsesi.info-ya verilən məlumata görə, güləşçilərimiz ilk iki yarış günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Mariya Stadnik (48 kq) və Giorgi Edişeraşvili (57 kq) qızıl, Aleksandr Qostiyev (86 kq) gümüş, Tatyana Omelçenko (60 kq) bürünc medala sahib olub.

Üçüncü yarış günündə 55 və 75 kq qadın, 61 və 74 kq çəkidə isə sərbəst güləşçilər mübarizə aparır.

Anar

Gununsesi.info