Avropa çempionuna HÖKM OXUNDU

  • By admin
  • 28 Fevral 2018 11:18

Yunan-roma güləşi üzrə Azərbaycan yığmasının üzvü, 2017-ci ilin yayında bu idman növü üzrə Avropa çempionatının iştirakçısı olmuş Tuncay Vəzirzadəyəhökm oxunun.

Gununsesi.info xəbər verir ki, Tuncay Vəzirzadə tanışını bıçaqlamaqda təqsirləndirilir.  Ona CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hökm çıxarılarkən idmançıya münasibətdəCM-nin 70-ci (şərti məhkumetmə) maddəsinin tətbiqinə qərar verilib. Vəzirzadəyə3 il şərti cəza verilib.

Tuncay Vəzirzadə məhkəmədə ifadəsində deyib ki, əməlindən peşmandır. O, zərərçəkmiş Rüfət Həziyevi bıçaqlamasının səbəbindən danışərkən bildirib ki, Rüfət onun qardaşı Elton Verdizadə ilə mübahisə edib. Hadisə günü də onları barışdırmaq üçün Yasamala gedib: “Onları barışdırmağa çalışdım, amma alınmadı. Rüfətlə qardaşım yenə mübahisə etdilər. Hava qaranlıq idi, elə bildim ki, Rüfətin əlində bıçaq var. “Topaz”ın yanında idik, içəri girib, mən də bıçaq götürüb gəldim. Mən gələndə artıq əlbəyaxa dava eləyirdilər. Rüfəti bıçaqla bir dəfə vurdum, qardaşımı davadan ayırıb, evə apardım. Əlbəttə ki, peşmanam…”

Zərərçəkmiş Rüfət Həziyev də güləşçidir. Dediyinə görə, hazırda tikinti sahəsindəişləyir. O da təsdiqləyib ki, bıçaqlanması Tuncayın qardaşı ilə mübahisədən qaynaqlanıb: “Mənasız bir məsələdən dava düşdü. Onun salam verməyi xoşuma gəlmədi. Əlbəyaxa olduq…”

Həziyev məhkəməyə ərizə təqdim edib. Yazıb ki, təqsirləndirilən şəxslə barışıblar, ona qarşı heç bir tələb və şikayəti yoxdur.

Məlumata görə, ölkə çempionu olmuş T.Vəzirzadə həm də 2016-cı ilin aprelindəcəbhədəki döyüşlərin iştirakçısı olub. Onun həmin vaxt hərbi xidmətdə olduğu bildirilir.