Avropa İttifaqı Britaniya ilə əlaqələri dayandıra bilər

  • By admin
  • 21 Yanvar 2021 18:37
Avropa İttifaqı (Aİ) ölkələri Böyük Britaniya ilə nəqliyyat əlaqələrini dayandıra və vətəndaşlarının girişinə qadağa qoya bilər.
Bu barədə “The Times” xəbər verir.
“Aİ-yə üzv dövlətlər xalqın sağlamlığının qorunmasını zəruri hesab edir. Onlar koronavirusun geniş yayıldığı ölkələrdən sərnişin daşınmasına və girişə müvəqqəti qadağalar qoymaqda sərbəstdirlər”- deyə qeyd olunur.
Bildirilir ki, bu təklif Aİ-də nəzərdən keçirilir.
Qeyd edək ki, COVID-19-un yeni növünün ilk rast gəlindiyi Britaniya koronavirusdan gündəlik ölüm sayına görə hazırda dünyada birinci yerdədir.

Gununsesi.org