Avropa İttifaqı öz maraqlarını güdür - NOVRUZ MƏMMƏDOV

  • By admin
  • 22 Fevral 2017 12:29
Novruz Mammadov
Bakıya  Assosiasiya sazişi təklif edən Avropa İttifaqı (Aİ) Azərbaycanın  ərazi bütövlüyünü tanımırdı.
Gununsesi.info xəbər verir ki, bu sözləri “Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar” mövzusunda keçirilən beynəlxalq konfransda Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. 
N.Məmmədov bildirib ki, bu gün Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və bir milyondan artıq insan öz yurdlarından didərgin düşüb, ancaq beynəlxaql aləm susmaqda davam edir: “İşğalçıya qarşı sanksiya tətbiq etmək barədə heç kim düşünmür. Niyə beynəlxalq təşkilatlar 1 milyondan çox insanın fundamental hüquqlarının pozulmasından danışmırlar? 2015-ci ildə Azərbaycanı Assosiasiya sazişi imzalamağa dəvət edən Avropa İtifaqı sənəddə Azərbaycanın ərazi bütövlüyünü tanımırdı. Ayrı-ayrı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin işğalçıya qarşı sanksiya tətbiq etmək barədə heç kim düşünmür. Aİ və böyük dövlətlər Cənubi Qafqazda əsasən öz iqtisadi maraqlarını güdür”.
N. Məmmədov əlavə edib ki,  200 il ərzində regionda həyata keçirilən siyasət Azərbaycana qarşı olub: “Tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovulub, o torpaqlarda başqa xalqın nümayəndələri yerləşdirilib, dövlət yaradılıb”.
N. Məmmədov bildirib ki, münaqişə ümumən regionun inkişafına da böyük ziyan vurub:  “Azərbaycan böyük geosiyasi rəqabətin, böyük dövlətlərin maraqlarının toqquşduğu regionda yerləşir”. 
N. Məmmədov bildirib ki, Azərbaycan sivilizasiyalararası, mədəniyyətlərarası dialoqa böyük töhfələr verib: “Enerji sahəsində təhlükəsizliyini təmin edən və dünyada enerji təhlükəsizliyinin qorunmasına mühüm töhfə verən Azərbaycan müstəqil siyasət həyata keçirir. Azərbaycan kiçik, müsəlman dövləti olsa da, böyük işlər görür. Dünya siyasi səhnəsində belə dövlətə rast gəlmək çox çətindir”.
Mürtəza
Gununsesi.info