Avropa İttifaqı Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

  • By admin
  • 22 Sentyabr 2017 09:42

simali koreya raket

Avropa İttifaqı (Aİ) Şimali Koreyaya qarşı yeni sanksiyalar layihəsi hazırlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, layihənin detalları açıqlanacaq.

Qeyd edək ki, ötən gün də ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə ticarət əlaqəsi saxlayan şirkətlər və fiziki şəxslərə qarşı sanksiyaların sərtləşdirilməsinə dair qərar qəbul edib. Yeni sanksiyalar gəmiçilik və digər şirkətlər də daxil olmaqla, həmin ölkə ticarət əlaqəsi olan təşkilatlar və şəxslərin “qara siyahı”ya salınmasını nəzərdə tutur.

Məlumata görə, bu addımlar rəsmi Pxenyanın nüvə və raket proqramı məsələsində təzyiqin artırılmasına və bu proqramların maliyyə mənbələrinin qarşısının alınmasına hesablanıb.

Gununsesi.info