
“Türkiyə və Avropa İttifaqı (Aİ) arasında imzalanmış qaçqınlar və viza anlaşmasının reallaşması artıq mümkünsüz görünür. Məhz Türkiyə bununla bağlı son qərarını iyunda verəcək”.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında belə deyib.
M. Çavuşoğlu qeyd edib ki, aprelin 16-da sonra Aİ-yə sonuncu təkliflərini təqdim edəcəklər:
“Ondan sonrakı prosesi dəyərləndirib, qərarımızı sizlərlə paylaşacağıq. Biz Avropa İttifaqı ilə viza problemini həll etmək istəyirik.Viza sərbəstliyi məhz Avropa İttifaqı arasında imzaladığımız geri qəbul razılaşmasının bir parçasıdır” -deyə, nazir bildirib.
Anar
Gununsesi.info












