Avropa İttifaqında sədrlik Estoniyaya keçdi

  • By admin
  • 01 İyul 2017 17:59

199100_res_011498910247
Bu gündən Avropa İttifaqına (Aİ) sədrlik Maltadan Estoniyaya keçib. Rəsmi Talinin ittifaqa sədrliyi yanvarın 1-ə qədər davam edəcək.

Bununla bağlı Brüsseldə Estoniya baş naziri Yuri Rattas, Aİ-nin xarici diplomatiyasının rəhbəri Federika Moqerini və ittifaqın digər yüksək vəzifəli rəsmilərinin iştirakı ilə mərasim keçirilib.
Aİ-yə ilk dəfə sədrlik edəcək Estoniyanın əsas prioritetləri kimi açıq və innovasiyalı iqtisadiyata malik Avropa, təhlükəsizliyin təmin edilməsi, rəqəmsal texnologiyaların tətbiq edilməsinin genişləndirilməsi və Avropanın dayanıqlı inkişafı kimi məsələlər müəyyən edilib.
Qeyd edək ki, bundan öncə Aİ-yə Malta sədrlik edib. Estoniyadan sonra ittifaqa rəhbərilk Bolqarıstana keçəcək.

Gununsesi.info