Avropa İttifaqından Türkiyəyə sərt çağırış

  • By admin
  • 07 May 2019 12:25

Avropa İttifaqı Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti Ali Nümayəndəliyi Türkiyənin Şərqi Aralıq dənizində apardığı axtarış-qazıntı işlərini dayandırmasına dair çağırış edib.

Gununsesi.org xəbər verir ki, nümayəndəliyin təmsilçisi Federika Mogerininin mətbuat katibi Maya Kociyançiç Türkiyəni Cənubi Kiprin suverenliyinə hörmət etməyə və bu dövlətin iqtisadi zonası sayılan bölgədəki fəaliyyətinə son qoymağa çağırıb.

Brüsseldə mətbuat konfransı təşkil edən Kociyançiç bildirib ki, Avropa Komissiyasının Türkiyənin Şərqi Aralıq dənizində Cənubi Kiprə aid bölgədə axtarış-qazıntı işlərini qınadığı 2018-ci il tarixli mövqeyi var. Bu mövqe hələ də davam etdirilir.

Maya Kociyançiç bu məsələdə Cənubi Kiprin yanında olduqlarını səsləndirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Türkiyənin Cənubi Kiprin Şərqi Aralıq Dənizində iqtisadi bölgəsi olaraq müəyyən edilən zonada enerji axtarışından (hidrokarbon qaynaqları – red.) narahat olduğunu açıqlamışdı.