Avropa İttifaqının yetkilisi vəzifəsindən gedir - O, ALMANİYADA YENİ TƏYİNAT ALIB

  • By admin
  • 17 Avqust 2017 10:58

Herbert-Zalber-vəzifəsindən-gedir

Avropa İttifaqının Cənubi Qafqaz və və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Zalber vəzifəsindən gedib.

Bu barədə Gununsesi.info-ya AB-nin nüməyəndəliyindən məlumat verilib.

Qeyd olunur ki, diplomat bu vəzifəsinə avqustun 15-də son verib.

Həmçinin, o da bildirilib ki, almaniyalı diplomat H.Zalbüer Almaniyada yeni vəzifəyə təyinat aldığından bu vəzifədən gedir.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsinin təyinatına gəldikdə isə bu müəyyən bir prosedur qaydalar tələb edir və artıq bu prosedur qaydalara uyğun olaraq yeni namizədin müəyyənləşdirilməsi istiqamətində işlər gedir.

Qeyd edək ki, H.Zalber Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi vəzifəsinə 2014-cü il iyul ayının 8-də təyin edilib.

Gununsesi.info