Avropa Komissiyasına yeni qadın prezident seçilib.
Gununsesi.org-un xarici mediaya istinadən verdiyi xəbərə görə, bu, Lmaniyadan olan Ursula von der Leyendir.
Avropa İttifaqı Komissiyasının ilk qadın prezidenti olan Ursula von der Leyen 7 uşaq anasıdır.
Parlament iyulun 16-da 383 səs leyhinə, 327 əleyhinə olmaqla almaniyalı mərkəz-sağçı siyasətçinin namizədliyinə səs verib. 22 deputat bitərəf qalıb.
Almaniya kansleri Angela Merkelin yaxın müttəfiqi olan Von der Leyen bu vəzifəyə sahiblənmək üçün minimum 374 səs qazanmalıydı.
O səsvermədən sonra deyib:
“Sizin mənə göstərdiyiniz etimad sizin şərqdən qərbə, cənubdan şimala vahid və güclü Avropaya inamınızın ifadəsidir”.
Son 6 ildə Almaniyanın müdafiə naziri olmuş Von der Leyenin namizədliyi Brüsseldə bu ayın əvvəlində üç gün davam edən sammitdə elan edilmişdi.
Gununsesi.org