Avropa Komissiyasının rəhbəri Kataloniyanın müstəqillik qazanmasını istəmir

  • By admin
  • 13 Oktyabr 2017 20:47

jean_claude_juncker_070415

Əgər Kataloniya müstəqil olsa, digəriləri də onun kimi addım atmaq istəyə bilərlər.

Gununsesi.info xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Lüksembur Universitetində çıxış edərkən bəyan edib:

“Əgər Kataloniya müstəqil olsa, başqaları da müstəqil olmaq istəyəcək. Bu, mənim xoşuma gəlmir”.

Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, Kataloniyanın İspaniyadan ayrılmasını istəmir: “Mən bunu istəmirəm”.

Qeyd edək ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib.

Gununsesi.info