Avropa Liqasında 1/4 final mərhələsi başlayır

  • By admin
  • 08 Aprel 2021 09:33

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Gununsesi.info xəbər verir ki, 4 qarşılaşmanın hamısı eyni saatda başlayacaq.

Turnirin iddialı komandalarından İngiltərənin “Mançester Yunayted” komandası İspaniyada “Qranada”nın qonağı olacaq. İngiltərənin digər təmsilçisi “Arsenal” Londonda Çexiyanın “Slaviya” (Praqa) komandası ilə üz-üzə gələcək.

Günün maraqla gözlənilən qarşılaşması Niderlandda gerçəkləşəcək. “Ayaks” İtaliyanın “Roma” komandasını sınağa çəkəcək. İspaniya “Vilyarreal”ı isə Xorvatiyada Zaqreb “Dinamo”sunun müqavimətini qırmağa çalışacaq.

Avropa Liqası, 1/4 final
İlk oyunlar

23:00. “Qranada” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)

23:00. “Arsenal” (İngiltərə) – “Slaviya” Praqa (Çexiya)

23:00. “Ayaks” (Niderland) – “Roma” (İtaliya)

23:00. “Dinamo” Zaqreb (Xorvatiya) – “Vilyarreal” (İspaniya)

Qeyd edək ki, bu mərhələnin cavab qarşılaşmaları aprelin 15-də keçiriləcək.

Gununsesi.info