Avropa Məhkəməsi Azərbaycanı yenə cərimələdi

  • By admin
  • 20 İyul 2017 14:42

avropamehkemesi

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanı növbəti dəfə cərimələyib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə tanınmış vəkill Əsabəli Mustafayev xəbər verib. Vəkil sosial şəbəkədəki səhifəsində həmin qərarların nədən ibarət olduğunu açıqlayıb.

Vəkil yazır:

Avropa Məhkəməsi müdafiə etdiyim 4 ərizəçinin işi üzrə bu gün qərarlarını elan edib. Bu qərarlarla ərizəçilərin qanunsuz həbs olunması, onların ədalətli araşdırma və sərbəst toplaşma hüquqlarının pozuntusu tanınıb. Bu ərizəçilər aşağıdakılardır:
1.Qəmbər Turqut (iki iş), mənəvi zərərə görə 10000 avro+maddi zərərə görə 2860 avro (bir işdə 3000 manat cərimə olunmuşdur) 
2.Babayev Dəyanət (iki iş)10000 avro
3. Həsənov Ülvü 10000 avro
4. Mirzəyev Şahin 8000 avro
Bu işlər üçün ümumilikdə hüquqi yardıma görə 2450 avro
Bu gün eyni zamanda İlkin Rüstəmzadənin işi üzrə qərar elan olunub. Mənəvi zərərə görə 6000 avro, hüquqi yardıma görə 2000 avro
Qalibləri təbrik edirəm!