Avropa Məhkəməsi br qrup müxalifətçi barədə qərarlarını elan etdi

  • By admin
  • 26 Sentyabr 2019 13:26

 

Bir qədər əvvəl Avropa Məhkəməsi 11 iş üzrə qərarını elan edib. Bu işlər 2011-ci ilin aprel ayının 2-də keçirilmiş dinc mitinqin iştirakçılarının tutulması,sonradan cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqəlidir.

Bu barədə Gununsesi.org-a vəkil Əsabəli Mustafayev bildirib.

Onun sözlərinə görə, məhkəmə qərarı ilə Ərizəçilərə münasibətdə Konvensiyanın 5,6 və 11-ci maddələrinin pozuntusu tanınmışdır: “Bilirəm ki, hamını kompensasiyaların məbləqləri maraqlandırır. Bunlar aşağıdakı kimidir:
1. Arif Hacılı – mənəvi ziyana görə10 000+ hüquqi yardıma görə 1500
2. Fuad Qəhrəmanlı- 10 000+1500
3.Babak Həsənov- 10 000+1500
4.Zülfüqar Eyvazov- 10 000+1500
5. Arif Alışlı 10 000+1500
6. Məhəmməd Məcidli 12 500+2500
7.Tural Abbaslı 10 000
8. Elşən Həsənov 10 000+1500
9.Rüfət Hacıbəyli 10 000+1500
10.Sahib Kərimov 10 000+1500
11. Ülvi Quliyev 10 000+1500
İlk 5 işdə ərizəçilərin nümayəndəsi mən olmuşam.

 

Gununsesi.org