Almaniya şirkəti Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlıq etmək niyyətindədir.
Almaniyanın “Rheinmetall” müdafiə konserni Azərbaycnla hərbi-texniki sahədə müqavilə bağlamaq niyyətindədir.
Gununsesi.info Almaniyanın DW nəşrinə istinadən xəbər verir ki, bu məqsədlə konsernin təmsilçisi Con Teylor iyun ayının ortalarıdn Azərbaycanın müdafiə sənayesi naziri mərhum Yavər Camalovla görüşüb.
Görüş zamanı ikitərəfli əməkdaşlıq barədə bəyannamə də imzalanıb. Sənəd Paris yaxınlığındakı Eurosatory müdafiə sənayesi sərgisində imzalandığı bildirilir.
Qeyd edək ki, Almaniyanın “Rheinmetall” müdafiə konserni ən müasir silahların istehsalı ilə məşhurdur. Rheinmetall AG Almaniya və Avropanın ən iri hərbi-texnika istehsal edən şirkətlərdən biridir. Bu şirkət 13 aprel 1889-cu ildə yaradılıb. Şirkət əsasən maşınqayırma, hərbi texnika, silah və avtomobillər üçün hissələr istehsal edir. Şirkətin mənzil-qərargahı Düsseldorfda yerləşir.




















