“Avropa öz adamlarını hakimiyyətdə yerləşdirmək istəyir” - BU QƏTNAMƏ GİZLİ HÜCRƏLƏRDƏKİ PLANLARIN NƏTİCƏSİDİR

  • By admin
  • 12 Oktyabr 2017 16:18

 

zahid_oruc_esas

Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Azərbaycanla bağlı iki qətnamə qəbul edildi. Həmin qətnamələrdə ölkədə siyasi məhbusların mövcudluğu, ifadə azadlığı, məhkəmə hakimiyyətinin müstəqil olmaması barədə məqamlar əks olunub.

Ancaq Azərbaycan hökuməti bu qətnamədə əks olunanları rədd edərək, AŞ PA-nı qərəzdə ittiham edir.

Hətta Azərbaycanın bu qurumda fəaliyyətini dayandırmaq haqqında fikirlər belə gündəmə gəlib.

Milli Məclisin Müdafiə, təhlükəsilik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Gununsesi.info-ya müsahibəsində yaranmış vəziyyəti dəyərləndirib.

-Zahid bəy, AŞP A-nın Azırbaycanla bağlı qəbul etdiyi qətnaməni necə dəyərləndirisiniz və Azərbaycan sənəddə əks olunan məsələləri həll edəcəkmi?

–Assambleyanın Azərbaycanla bağlı qəbul etdiyi qətnamələr göstərdi ki,sistemli hazırlıq işləri aparılıb və müxtəlif ölkələri təmsil edən millət vəkillərini qətnaməyə necə münasibət göstərmək gərək olduğunu başa salıblar.Qərar qəbul etmənin mexanizmini bildiyimiz üçün tam arxayınlıqla demək olar ki, bundan ötrü Yaqlandın təkbaşına hərəkət etməsi qeyri-mümkündür.Ona konkret dövlətlər və siyasi mərkəzlər kömək edib.Burada ikinci söhbət ola bilməz.Çünki,sənəddə əksini tapan müddəalar-İlqar Məmmədovun və digər şəxslərin həbsdən azad olması və başqa tələblər açıq təzyiq vasitəsidir.Çünki sonra digər ölkələrlə bağlı ortaya qoyulan davranışlar prinsip davası və bir qitə çərçivəsində yüksək ideallarla idarə olunan dövlətlərin qurşağını yaratmaq niyyəti güdülümədiyini hər kəs yaxşı gördü.

– AŞ PA-dan çıxmaq Azərbaycana nə verəcək?  Hansı effekti yaradacaq? Bu, Azəbaycana  düşmənlərinə ölkəmizə qarşı  hücumları üçün fürsət verməyəcəkmi?

– Azərbaycanın Qərblə münasibətlərinin  pisləşməsində bölgəmizdə yerləşən dövlətlər də daxil bir sıra beynəlxalq şəbəkələr intensiv iş aparırlar.Bunlar Azərbacan hakimiyyətinə bəllidir.O üzdən bizim hökuməti çirkli lobbiçilik fəaliyyətində ittiham edənlər fərqində deyllər ki,daha rəzil şəkildə kampaniya aparırlar və onların maraqlarını təmin etmək üçün ortaya böyük miqdarda maliyyə vəsaitləri qoyulub.Nəhəng media strukturlarına bir aylıq antiAzərbaycan təbliğatı üçün 1-2 milyon dollara qədər rüşvət ödənir.AŞ PA-nın qəbul etdiyi qərarda da gizli hücrələdə aparılan danışıqlar nəzərə alınıb. Maraq da başa düşüləndir.  Çünki Azərbaycanın Avropa strukturları ilə toqquşması üçüncü cü ölkələrə geniş imkanlar yaradır. Baxın,Siyasi Komitənin üzvləri tərəfindən hazırlanmış hesabat gizli otaqlarda tam dəyişikliyə uğrayır və rəngli boyalarla tündləşdirilir.Belə özfəaliyyətə və millət vəkillərinin iradəsi  üzərindən əməliyyat aparılmasına haqq qazandırmaq mümkündürmü? Qanun orqanında məxfi missiyalar yerinə yetirən başqa adamlar hökmranlıq edir.Ona görə Azərbaycan üzrə məruzəçi deyir ki,müsbət bir müddəa yazanda onu linç edirlər.

qanira-aspa

-Bəs belə olan təqdirdə, AŞPA ilə belə kəskin qarşıdrumaya getməyə dəyərmi? Ermənilər bundan faydalanmayacaqmı?

– Şübhəsiz ki, Azərbayacanın AŞ PA-da  fəaliyyətini dayandırması Ermənistanın maraqlarına xidmət edəcək. Onlar daha inamlı şəkildə insan haqlarının pozulmasını bayraq edərək, Qarabağda yaşayan ermənilərin bizim ölkənin tərkibində yaşamasının qeyri-mümkünlüyünü  dilə gətirəcəklər.Qərbdə Qarabağın müstəqilliyinin tanıdılması hərəkatlarını genişləndirəcəklər.

 

 -Olmazmı ki, belə olan təqdirdə Azərbaycan problemlərin həlli istiqamətində elə Avropa strukturları ilə daha sıx dialoq  yolu ilə məsələləri həll etsin?

– Təbii. Azərbaycan da elə bu yolu tutub. Baxın, prezident ölkəmizə qarşı olan lobbi mərkəzlərinin, fraksiyalarının, onların arxasında duran qüvvələrin  fəaliyyətinə baxmayaraq, Avropa strukturları ilə sıx əməkdaşlıq yolunu davam etdirəcəyinə dair əzmkar mövqeyini bir daha dilə gətirdi.Bildiyiniz kimi ”Şərq tərəfdaşlığı” çərçivəsində    Avropa İttifaqı ilə saziş imzalanacaqdır.Bu məqsədlə noyabrın 21-də  Brüsseldə  düzənlənəcək  sammitdə iştirak etmək zəmanəti Bakıya gəlmiş 28 diplomatı çox sevindirmişdi.Səbəbi başadüşüləndir.Çünki 2013 cü ildə Ukraynanı inqilaba və bölücülüyə sürükləyən “nifaq alması” məhz Qərblə Rusiya arasında seçim edə bilməməsi idi.Lakin ölkəmiz Qərbin Rusiya əleyhinə forpostu olmaq istəmir.

Doğrudur,ölkəmiz Avroatlantik məkana inteqrasiyadan  qopmağı qətiyyən qarşısına  məqsəd  qoymayıb, əksinə,  daha aydın və hədəfli bir siyasət yürütməyə çalışır. O üzdən AŞ PA-dakı proseslər bununla bitmir.Orada Azərbaycanın yetərincə dostları və tərəfdarları da var, realist düşüncə sahibləri də mövcuddur.  Onlar yaxşı anlayır ki, Qafqazlardakı  mühüm bir ölkə ilə sərt sanksiya dilində danışmağın  mütləq bir geopolitik mənfi nəticəsi olacaq.

-Hesab edirsiniz ki, Azərbaycan Avropa strukturları ilə sıx əməkdaşlıq etməyi qarşısına məqsəd qoysa da, qarşı tərəf adekvat addım atmır. Bəs o zaman,  bu qətnamələr nədən qaynaqlanır və Azərbaycana təzyiqin səbəbinin kökündə nə dayanır?

-AŞPA ilə Azərbaycan arasında  qarşıdurma demək olar ki, artıq açıq müstəviyə keçib və kimsə bunu dana bilməz. Və burada da günah Azərbaycanda yox, qarşı tərəfdədir. Biz sıx əməkdaşlığın tərəfdarı olmuşuq. Ancaq qarşı tərəf hər fürsətdə Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyib. Elə AŞPA-nın son qətnaməsinin müddəlarına baxsaq görərik ki, bunun kökündə Azərbaycana təzyiq edib, öz niyyətlərini həyata keçirmək planı dayanır. Yəni, bu yolla Avropa öz adamlarını Azərbaycan hakimiyyətində yerləşdirmək və təmsilçiləri vasitəsi ilə Ukraynadakı kimi  bir idarəetmə modeli formalaşdırmaq istəyir.Bilirsiz Kataloniya sepratizmini təhlil edərkən bir məqam hamımızı dərindən düşündürməlidir.Barselonada deyirlər ki,avrobürokratiya o dərəcəyə çatıb ki,onlar Madrdiddəki mərkəzi hakimiyyəti tanımırlar.Yəni,dövlətüstü çinovniklər Brüsseldən İspaniyanı idarə edəndə ucqarlar və etnik-milli mərkəzlər mərkəzdən qaçıb müstəqlliyə can atırlar.Ona görə də Bakı hakimiyyəti idarə etmək səlahiyyətlərini Brüsselə və Strasburqa verə bilməz.Biz buna dair öhdəlik götürməmişik.Ona görə də qətnamələrdən 2018-ci ilin prezident seçkilərinin və Azərbaycanı ələ keçirməyə çalışan qüvvələrin nəfəsi,səsi duyulur..  Digər məsələ, iqtisadi maraqlarını təmin etməkdir.

–  Həmin qətnamədə İlqar Məmmədova azadlıq istənilir. Xatırladım ki, Azərbaycan Avropa Şurasına üzvlükdən sonra Strasburq Məhkəməsinin qərarlarının icrasını üzərinə öhdəlik kimi götürüb. Azərbaycandan öz öhdəliyinə əməl etmək tələb olunur. Digər məqam, İlqar Məmmədovla bağlı israr nədən doğur, o, bu qədərmi hakimiyyət üçün təhlükədir ki, həbsdə saxlanılır?

-Unutmayın ki, 2003-2005-ci illərdə İlham Əliyevin prezdeintliyinin birinci mərhələsində,Azərbaycanın mövqelərinin indiki kimi oturuşmadığı, neft gəlirlərinin mühüm iqtisadi və siyasi gücə çevrilmədiyi bir zamanda Rəhim Qazıyev, Surət Hüseynov, Əlikram Hümbətov kimi hərbi-siyasi qruplaşamaların liderləri həbsdən azad olundular.O adamlar 90-cı illərin qeyri-sabitliyinin əsas səbəkarları olsalar da,21-ci əsrdə dövlətin müvazinətini poza bilmədilər.Məsələ bu gün kiminsə məhbəsdən çıxmasında  deyil.

Məsələ ondadır ki, İlqar Məmmədov azad olunsaydı və orada irəli sürülən tələblər yerinə yetirilsəydi belə, yenə başqa məsələlər tapılacaqdı, bəhanələr gətirələcəkdi.

Siz təsəvvür edin, bu gün dünyada münaqişələr nəticəsində  kütləvi insan təlafatı baş verir, bütöv bir xalqın  hüquqları kobud şəkildə pozulur və sair. Bütün bunlar  müharibənin yaratdığı fəsadlardır,deyib,üstündən keçirlər və  bəşəri cinayətlərin adiləşdirilməsi prosesi gedir.Ancaq hansısa ölkədə bir fərdin hüququ pozulur və yaxud ona cəhd edilir, bu məsələ ölkədaxili müstəvidən çıxıb olur beynəlxalq məsələ.Və bax beynəlxalq təşkilatlar və qüvvələr bu metodlardan istifadə edərək, ölkələrin daxili işinə müdaxilə edib, öz niyyətlərini həyata keçirməyə çalışırlar. Elə götürək bir müddət öncə beynəlxalq mediada Azərbaycana qarşı aparılan qara piarı. Məqsəd nə idi?!  Hansısa qüvvə Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsini idarə etmək arzusuna düşümüşdü. Ona verilən cavabdan sonra çevrəsində olan media və xarici QHT-lər vasitəsi ilə Azərbaycana təzyiq etməyə çalışırdı.Mən Sorosu nəzərdə tuturam. Odur ki, məsələyə  dar çərçivədən deyil, bir az daha geniş prizmadan yanaşmaq lazımdır. Bir daha təkrar edirəm ki, burada problem bir fərddən getmir. Əgər sorun busa, həll etmək olar. Ancaq, yeni provakasiyalar və nimünaqişə ocaqları tapıb dövlətin enerjisi və resursunu ora yönəldəcəklər.Məqsəd rəqibi strateji xətdən çıxarmaqdır.

-Belə olan təqdirdə, Azərbaycan AŞPA-da fəalyyətini dayandırarsa  nə gözləyir?

-Təbii ki, yuxarıda söylədiyim kimi Azərbaycan fəaliyyətini dayandırdığı ilk zamanlarda  əlaqələrin pozulmasından yararlanmağa çalışan qüvvələr xüsusi fəallaşacaqlar. Bu  zaman xarici qüvvələrlə yanaşı, daxili qüvvələr də ondan faydalanmağa çalışacaq.Avropa məkanında az qala mühacirət hökumətini təşkil etməyə çalışara,təlimatlarla və maliyyə yardımı iqtidar əleyhinə qüvvələri bi mərkəzdən idaər etmək siyasəti güclənəcək.Lakin İlham Əliyevin alternativi yoxdur.

Ona görə də 6-8 aydan sonra proseslər başqa səmtə yönələcək.Çünki bu qurumlar təkcə neft-qaz resurslarından-hansı ki,həlledici dönəm məhz gələn ildir- Rusiya ətrafında qurulan çənbəri daraldıb ona Bakıdan müttəfiq düzəltmək Qərb strateqlərinin ölümcül səhvi olardı.Ona görə də praqmatizm və Qafqazın resurs dövlətinə həyati zərurəti dərk edən kimi,əlaqələr və münasibətlər normal məcraya yönələcək.

 

Mürtəza Bünyadlı

Gununsesi.info