Avropa Parlamenti Anti – Azərbaycan qüvvələrinin baş ofisidir - Millət vəkili

  • By admin
  • 03 Sentyabr 2016 11:20
fez1
Avropa Parlamenti artıq antiAzərbaycan qüvvələrin baş ofisinə çevrilib.
Bunun Gununsesi.info-ya millət vəkili Fəzail Ağamalı Avropa parlamentində son dövrlərdə həbslər, insan haqlarının pozulması və korrupsiya fakt ilə bağlı keçirilən dinləmələrlə bağlı mövqeyini açqlayarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda ciddi siyasi proseslər ərəfəsində, seçkilər keçiriləndə, beynəlxalq səviyyəli tədbirlər, idman yarışları və digər  tədbirlər ərəfəsində Avropa Parlamenti hər zaman olduğu kimi,  bu dəfə də, referendum ərəfəsində Azərbaycanı hədəf seçib. “Mən artıq Avropa Parlamentini anti -Azərbaycan qüvvələrin baş ofisi, onun rəhbəri Martin Şultsu isə bu qüvvələrin koordinatoru hesab edirəm. Avropa Parlamenti referendum   ərəfəsində Azərbaycanı növbəti  hədəf seçib. Bu təsadüfi deyil və məqsədyönlü olaraq həyata keçirilir. Bu gün Azərbaycan hüquqi bir dövlət olduğundan  insan haqları da yüksək səviyyədə təmin olunur. Ölkədə fikir plüralizmi və sərbəst ifadə azadlığı  tam təmin olunub. Azərbaycanda keçiriləcək reüferendum da ölkədə  demokratiyanın daha geniş vüsətlə inkişafına təkan verməklə yanaşı, insan haqqlarının yüksək səviyyədə təmin olunmasına şərait yaradacaq. Elə məqsəd də budur”- deyə. F. Ağamalı vurğulayıb.
F.Ağamalı onu da əlavə edib ki, bu gün Azərbaycanda inkişafı, tərəqqini gözügötürməyən qüvvələr əleyhimizə təbliğat kampaniyası aparır. “Bunun başında hər zaman olduğu kimi bu dəfə də Avropa Parlamenti dayanıb. Ancaq bu qüvvələrin nə deməsindən və düşünməsindən aslı olmayaraq heç bir qüvvə ölkənin inkişaf yolunun qarşısını ala bilməyəcək. Çünki bu gün ölkədə heç bir insan siyasi mənsubiyətinə və fəaliyyətinə grə həbs edilməyib. Azərbaycanda insanlar ancaq  törətdikləri  əmələ görə məsuliyyətə cəlb olunur”- deyə, o bildirib.
Mürtəza
Gununsesi.info