Avropa Parlamentinin sədrindən Balkanlarla bağlı çağırış

  • By admin
  • 06 İyun 2021 10:30

Avropa Parlamentinin sədri David Sassoli, Balkan dövlətlərinin Avropa Birliyinə (AB) üzv olmasının tərəfdarıdır.

Gununsesi.info bildirir ki, sədr bunu “Funke” media qrupuna verdiyi müsahibəsində söyləyib:

“Avropa Birliyinin genişlənməsi həm bölgə, həm də bütövlükdə Avropa üçün çox böyük fayda gətirə bilər.”

Sassoli, vurğulayıb ki, Qərbi Balkan ölkələrinin Avropa Birliyinə qoşulma prosesi və vaxtı meyarlara uyğun olacaq.

Qeyd edək ki, Avropa Birliyinə üzv olmaq üçün rəsmi namizədlər bu ölkələrdir: Albaniya, Şimali Makedoniya, Serbiya, Çernoqoriya və Türkiyə.

Bu ölkələrin heç biri üçün, hətta nəzəri olaraq, AB-yə daxil olmağın mümkün şərtləri müəyyənləşdirilməyib.

2018-ci ilin payızında Avropa Komissiyasının o zamankı prezidenti Jan-Klod Yunker, Serbiya və Monteneqronun 2025-ci ilə qədər Avropa Birliyinə üzv ola biləcəyini söyləyib.

Gununsesi.info