Avropa Şurası: Hər bir həbs ayrı-ayrılıqda araşdırılacaq

  • By admin
  • 19 İyul 2020 20:44

“Azərbaycan bir tərəfdən məhbusları azad edir, digər tərəfdən vətəndaşları həbs edir”

Gununsesi.org bildirir ki, bu sözləri Azadlıq radiosuna müsahibəsində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şenak söyləyib. Onun sözlərinə görə, Avropa Şurası Azərbaycanda baş verənlərdən narahatdır :

“Koronavirus pandemiyası başlayandan bəri Azərbaycanda çox saylı həbslər həyata keçirilib. Biz bundan çox narahatıq. Bu məsələləri biz Azərbaycan höküməti ilə danışıqlarımızda qaldırırıq. Hesab edirəm ki, Azərbaycan höküməti həbsdə olan insanları azadlığa buraxmalıdır. Son həbslərin hər biri ayrı-ayrılıqda araşdırılacaq. Bildirim ki, payızda Avropa Şurasının məruzəçilərinin Azərbaycana səfəri nəzərdə tutulub. Bizim Prezident İlham Əliyev, Daxili İşlər naziri, Ədliyyə naziri ilə görüşlərimiz olacaq. Bu görüşlərdə hər bir həbs olunan şəxsin məsələsi ayrı ayrı müzakirə olunacaq.”

Stefan Şenak Azərbaycanın Avropa Şurası qarşısında üzərinə öhdəliklər götürdüyünü xatırladaraq, hakimiyyəti bu öhdəliklərə əməl etməyə çağırıb.

 

 

Gununsesi.org