“Avropa Şurası ölkələrinin əksəriyyəti də məhz belə mövqe tutur” - xarici işlər naziri

  • By admin
  • 12 Oktyabr 2016 15:30

cavus

“Qardaş Azərbaycan, bu ölkənin prezidenti və xalqı bizi çox dəstəklədi”.

Gununsesi.info-nun xəbərinə görə,  bu haqda  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun 15 iyul dövlət çevrilişi cəhdindən sonra təşkilatın Türkiyəyə necə kömək edə biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

M.Çavuşoğlu belə anlarda mənəvi ruh yüksəkliyinin vacib olduğunu qeyd edib: “Biz konstruktiv ideya və təkliflər gözləyirik. İkili standartlardan, gizli məqsədlərdən imtina etmək lazımdır. Avropa Şurası ölkələrinin əksəriyyəti də məhz belə mövqe tutur”.

Gülnaz Qənbərli

Gununsesi.info