
Bu həftə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən növbəti sessiyasında insan haqları üzrə komisarın cümə axşamı günü təqdim edəcəyi illik fəaliyyət hesabatında Azərbaycandaki insan haqları vəziyyətinin narahatedici olduğu bildirilir.
Gununsesi.info-nun xəbərinə görə, hesabat müəllifi, Avropa Şurası (AŞ) insan haqları komissarı Nils Muiznieks Azərbaycanda LGBT icmasına qarşı ayrı-seçkilikdən qaynaqlanan zorakılıq iddialarının araşdırılmaması barədə şikayət edir.
Komissar həmçinin jurnalist, insan haqları müdafiəçiləri və vəkillər barədə narahatlıqların yarandığını vurğulayıb.
Azərbaycan hökuməti ölkədə insan haqları barədə səslənən tənqidləri qəbul etmir və çox zaman Azərbaycana yanaşmada ikili standartların tətbiq olunduğunu iddia edir.
Gununsesi.info












