Avropa Şurasının sədri Qərb sivilizasiyasının sonunu anons etdi

  • By admin
  • 13 İyun 2016 15:40
 Donald Tusk

Avropa İttifaqı Şurasının sədri Donald Tusk Avropa sivilizasiyasının məhvindən danışıb.

 

Gunusnesi.info xəbər verir ki, Tusk Böyük Britaniyanın Birlikdən çıxmaqla bağlı keçirəcəyi referendumun bu baxımdan həlledici olacağını deyib.

 

“Böyük Britaniyanın Avropa İttifaqından çıxması nəinki Avropa İttifaqının, həm də Qərbin siyasi sivilizasiyasının məhvi deməkdir”.

 

Tusk Londonun Brüsseldən ayılacağı gün Avropanın düşmənlərinin sevincindən şampan içəcəklərini deyib.

 

Xatırlaldaq ki, Britaniyanın Birlikdən çıxmaqla bağlı referendumu iyunun 23-də keçiriləcək. (Modern.az)