Avropa Vəkillər Assosiasiyasına üzvlük bu sahədə uğurlardan xəbər verir - VƏKİL ŞƏHRİYAR MƏMMƏDOV-YENİLƏNİB

  • By admin
  • 30 Sentyabr 2022 15:29

“Azərbaycan Vəkillər Kollegiyasının Avropa Vəkillər Assosiasiyasına üzv qəbul olunması  təkcə vəkillər üçün deyil, eyni zamanda hüquq ictimaiyyətimizin nüfuzu üçün önəmli hadisə oldu”.

Bunu Gununsesi.info-ya Vəkillər Kollegiyasının üzvü Şəhriyar Məmmədov təmsil olunduğu qurumun Avropa Vəkillər Assosiasiyasına üzv qəbul olunmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın Avropa Vəkilləri Assosiasiyasına üzv qəbul olunması son dövrlər vəkillik institutu sahəsində aparılan islahatların nəticəsidir: “Diqqət etmisinizsə, bu gün Vəkillər Kollegiyasının fəaliyyəti  cəmiyyətdə kifayət qədər müsbət qiymətləndirilir.Vəkillər kollegiyasına üzvlük prosesi asanlaşdırılıb, şəffaflıq təmin olunur. Bütün bunlar imkan verir ki, Azərbaycan Vəkillər Kollegiyası barədə xoş sözlər deyilsin”.

Şəhriyar Məmmədov deyir ki, bir nüçə il əvvəl Azərbaycanda vəkil qıtlığı barədə formalaşmış fikir artıq yoxdur: “Hər il vəkillərin sayının artığını müşahidə edirik ki, bu da ölkədə vətəndaşların hüquqlarının peşəkar formada müdafiə olunmasına ciddi təsir göstərir”.

Mətləb

Gununsesi.info