Avropada nasistlərin qaraçı qurbanlarının xatirəsi yad edilib

  • Müəllif: admin
  • 14 Avqust 2017 14:24

15026983292871148921_1000x669

Avropada qaraçı Holokostu qurbanlarının xatirəsi yad edilib.

Gununsesi.info-nun  xəbərinə görə, 1944-cü il avqustun ortalarında nasistlər Osvensimdə qaraçıların ailəvi düşərgəsi adlanan bölmənin bütün sakinlərini məhv ediblər. Həmin düşərgədə təxminən 3 min nəfər saxlanılırdı.

Qeyd edək ki, İkinci Dünya müharibəsi dövründə nasistlər Çexiya və Moraviya qaraçılarının demək olar ki, 90 faizini məhv ediblər. Bohemiya və Moraviya protektoratından olan 6.500 qaraçının əksəriyyəti məhz Osvensimə gətirilmişdi. Müharibədən sonra onlardan yalnız 583 nəfəri öz evinə qayıdıb.

Gülnaz Qənbərli 

Gununsesi.info