
Xəbər verildiyi kimi Avropa Parlamenti Azərbaycanda siyasi məhbuslar və blogger Mehman Hüseynovla bağlı qətnamə qəbul edib.
Qətnamə layihəsinin müəlliflərindən biri olan Almaniyadan olan deputat Rebekka Harms isə Azərbaycanın hakimiyyət mediasında kəskin tənqid olunub.

Gununsesi.org-un xəbərinə görə, Azərbaycanda barəsində yazılanlardan xəbərdar olan Rebekka Harms Avropa Parlamentinin bu gün keçirilən iclasında çıxış edib.
O bildirib ki, ona qarşı Azərbaycanda dövlət çevrilişi təşkil etməyə dəstək vermək ittihamı irəli sürülüb: “Bu əslində belə deyil. Mən Azərbaycanlı həmkarlarımla işləmişəm. Onlar məni tanıyır. Bu yazı ortaya çıxanda mən Avronestdəki həmkarım Fuad Muradovu axtardım. Ancaq onu tapa bilmədim. İndi bəlli oldu ki, o Azərbaycanda nazirdir. Bizim məqsədimiz əməkdaşlıq etdiyimiz ölkənin insan hüquqlarına və qanunun aliliyinə hörmət göstərməsidir”.
Gununsesi.org










