Avropanın bu ölkəsi hər turistə 200 avroyadək pul ödəyəcək

  • By admin
  • 12 Aprel 2021 09:20

Malta hökuməti ölkədə ən az üç gün qalan hər bir əcnəbi turistə 200 avroyadək vəsait ödəyəcək.

Gununsesi.info “Reuters”ə istinadla xəbər verir ki, ödənəcək məbləğ qonaqların qaldıqları hotelin ulduzlarının sayından asılı olacaq.

Belə ki, 5 ulduzlu hotel üçün 200, dördulduzlu hotel üçün 150, üçulduzlu hotel üçün isə 100 avro həvəsləndirici bonus nəzərdə tutulub.

Mükafat iyunun 1-dək hoteldə yer ayırmış şəxslərə şamil ediləcək.

Malta hökumətindən verilən açıqlamaya görə, bu tədbir pandemiyadan əziyyət çəkmiş turizm sahəsinə dəstək məqsədi daşıyır.