Avropada müəllimlər nə qədər maaş alır? - ARAŞDIRMA

  • By admin
  • 03 Fevral 2023 14:45
“Euronews” telekanalı Avropada müəllimlərin illik qazancını araşdırıb.
Gununsesi.info-nun xəbərinə görə, 35 Avropa ölkəsi və ürkiyədə yeni fəaliyyətə başlayan müəllimlərin illik qazancları ilə bağlı geniş araşdırma ölkələr üzrə müəllimlərin llik qazancları həm nominal (cari məzənnə), həm də alıcılıq qabiliyyəti pariteti (AQP) əsasında təqdim edilib.
Məlumatlar 2020-ci ilin yekunlarına aiddir.
Nominal məzənnə ilə yeni fəaliyyətə başlayan müəllimlərə ən yüksək məvacib (vergi çıxılmadan) ödənən ilk 5 ölkə aşağıdakı kimidir:
1. Lüksemburq – 69076 avro
2. İsveçrə – 66972 avro
3. Almaniya – 54129 avro
4. Danimarka – 47980 avro
5. İslandiya – 45468 avro
O zaman üçün Türkiyə üzrə bu göstərici 8330 dollar təşkil edib.
Ölkələrarası qiymət fərqini nəzərə alan AQP əsasında hesablamaya görə, ilk 5-likdə gənc müəllimlərin məvaciblərinin sıralaması belədir:
1. Almaniya – 50357 avro
2. Lüksemburq – 46066 avro
3. İsveçrə – 38601 avro
4. Danimarka – 32627 avro
5. Avstriya – 32865 avro
Türkiyədə isə AQP ilə illik gənc müəllim maaşı həmin dövr üçün 28455 dollar olmuşdu.
Göründüyü kimi, alıcılıq qabiliyyəti baxımından Avropa məkanında ən yüksək həyat standartlarına sahib gənc müəllimlər Almaniyadadır.
İqtisadçı eksper Rövşən Ağayev Gununsesi.info-ya deyir ki,  Azərbaycan müəllimlərə  adıçəkilən ölkələrlə müqayisədə 16 dəfə az maaş verir.
” Nominal məzənnəyə görə, Almaniyadan təxminən 16 dəfə, AQP-yə görə 6 dəfə fərq var.
Nominal maaş göstəricinə görə, Azərbaycanda gənc müəllimlərin illik maaşı 36 ölkə arasında ən axırıncı yerdə olan Albaniyadan da təxminən 20% aşağıdır. AQP-yə görə isə yalnız Albaniya ilə müqayisə ediləcək məbləğdədir”.
Tərcümə:
Afət Abbasova