Avroviziya qalibinə ürək köçürüldü

  • By admin
  • 10 Dekabr 2017 11:24


Avroviziya-2017 mahnı müsabiqəsinin qalibi portuqaliyalı Salvador Sobral üzərində ürək köçürülməsi əməliyyatı keçirilib.

Gununsesi.info xəbər verir ki, dekabrın 8-də keçirilən əməliyyat uğurla başa çatıb.

Salvador Sobral ürəyindəki problemlərə görə sentyabr ayında reanimasiyaya yerləşdirilmişdi.

Qeyd edək ki, Sobral Kiyevdə keçirilmiş Avroviziya-2017 mahnı müsabiqəsində qalib olmuşdu.

Gununsesi.info