Avstraliyadan Çinə XƏBƏRDARLIQ

  • By admin
  • 08 Avqust 2022 19:18

Avstraliya Çinin hərbi təlimlərə başladığı Tayvan boğazında gərginliyin azaldılmasını istəyib.

Gununsesi.info xəbər verir ki, Avstraliyanın xarici işlər naziri Penny Vonq Tayvan boğazında başlayan hərbi təlimlərdə Pekinin ballistik raket buraxmasını və Çinin raketlərinin Yaponiyanın müstəsna iqtisadi zonasına düşməsini tənqid edib.

Hazırda ən kritik məsələnin Tayvan boğazında gərginliyin azaldılması olduğunu vurğulayıb.

Vonq mövcud gərginlikdən təkcə Avstraliyanın yox, bütün region ölkələrinin təsirləndiyinə diqqət çəkib.

Gununsesi.info