Avstraliyanın Pert şəhərində Azərbaycanın Fəxri Konsulluğu açılacaq

  • By admin
  • 13 Oktyabr 2016 19:03

bayraq

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov, Avstraliya və Yeni Zelandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və qrupun üzvü Asim Mollazadə oktyabrın 15-dən 24-dək Avstraliyada səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, millət vəkilləri Avstraliyanın Pert şəhərində Azərbaycanın Fəxri Konsulluğunun açılış mərasimində və qərbi Avstraliyada Azərbaycanın Avstraliyadakı səfirliyi tərəfindən təşkil edilmiş, ölkənin müstəqilliyinin 25 illiyinə həsr olunmuş tədbirlərə qatılacaqlar.

Səfər çərçivəsində deputatlar Avstraliya parlamentində olacaq, burada Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş geniş tədbirdə iştirak edəcəklər. Səfər müddətində nümayəndə heyətinin parlament və hökumət üzvləri ilə bir sıra görüşləri də nəzərdə tutulub.

 

Gununsesi.info