Avstriyada Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin görüşü keçirilir

  • By admin
  • 06 Dekabr 2017 21:25


Xarici İşlər Naziri Elmar Məmmədyarov ATƏT-in MQ həmsədrlərinin vasitəçiliyi ilə Ermənistandan olan həmkarı E.Nalbəndyan ilə Vyanada görüşür.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev öz Twitter səhifəsində yazıb.
Onun sözlərinə görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin tezliklə həlli üçün substantiv, məntiqi və konkret əsaslı danışıqların aparılmasının zəruri olduğu vurğulanıb.

Gununsesi.info