Avstriyada müsəlman qızlara hicab qadağan edildi

  • Müəllif: Şəbnəm
  • 08 Sentyabr 2026 10:09

Avstriyada yeni tədris ili 14 yaşadək müsəlman qızların məktəbdə baş örtüyü taxmasını qadağan edən yeni qayda ilə başlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, qaydanın ilk günündə iki bacı və onların anası qanunun ləğvi üçün Avstriya Konstitusiya Məhkəməsinə müraciət edib.

Qadağanı pozan ailələr əvvəlcə məktəb rəhbərliyi ilə görüşməli, qayda pozuntusu davam edərsə, 150-800 avro arasında cərimə ödəməlidir.

Hökumət qadağanı qadın və kişi bərabərliyi, uşaqların azadlığının qorunması və cəmiyyətə uyğunlaşma ilə əsaslandırır.

Qeyd edək ki, 2019-cu ildə də oxşar qadağa qəbul edilmiş, lakin Konstitusiya Məhkəməsi onun yalnız müsəlman qızlara şamil edilməsini bərabərlik prinsipinə zidd sayaraq ləğv etmişdi.

Avstriya İslam Din İcması isə yeni qadağanı tənqid edib və bundan təsirlənən ailələrə hüquqi yardım göstəriləcəyini açıqlayıb.

 

Günay

Gununsesi.info