Avtobus 8 yaşlı uşağı vurdu – ‘Bu yolda 10-15 gündən bir kimsə vurulur’

  • By admin
  • 22 Sentyabr 2016 20:15

img2199020

 

Yaralının vəziyyəti ağırdır.

ARB Şəki xəbər verir ki, bu gün saat 14:00 radələrində Şəki-Qax-Zaqatala yolunun Şəki rayonu ərazisində avtobus azyaşlı vurub. Nəticədə məktəbdən qayıdan 8 yaşlı Qoxmuq kənd sakini Günel Sabirova ağır xəsarət alıb.

Dərhal Şəki MRX-na çatdırılan məktəbliyə müayinələr zamanı müştərək travmalar, qapalı kəllə-beyin travması və travmatik şok diaqnozu qoyulub, vəziyyətinin orta-ağır olduğu bildirilib.

Azyaşlının əmisinin sözlərinə görə, onun qardaşı qızının yerinə başqası da ola bilər: “Sahədə işləyirdim, yoldaşım zəng elədi ki, qardaşın qızını maşın vurub. Maşın 100-120-lə gedir prospektdə. Heç kəs baxmır. Məktəb qabağıdır. 10-15 gündən bir, bir uşaq, bir yaşlı, bir qoca vururlur. Ora nə radar, nə tranpilin qoyan var. Heç kəs baxmır. İndi də Bakıya göndərirlər. Belə şey olmaz. Şoferə deyirəm yavaş sür, deyir ki, nolacaq xətadı oldu da. Olan şeydi. Bu boşda xəta olar?

Şəki RMX-dən verilən məlumata görə, Günel Sabirovanın müalicəsinin davam etdirilməsi üçün Bakı xəstəxanasına göndəriləcək.

 

Gununsesi.info