Avtobus aşdı 4 ÖLÜ 37 YARALI

  • By admin
  • 24 Mart 2018 11:20

Türkiyənin Aksaray bölgəsində sərnişin avtobusu qəza törədib.

Gununsesi.info -nun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, İstanbuldan Adıyamana gəzintiyə gedənləri daşıyan avtobus aşıb.

Avtobusun aşması nəticəsində sərnişinlərdən 4-ü ölüb, 37-si isə yaralanıb.

Sürücünün yuxulu olduğu iddia edilir.

Gununsesi.info