Avtobus qəzasında 11 nəfər öldü, 28-i yaralandı

  • By admin
  • 12 Sentyabr 2017 14:06
qeza_0235
Kərəc-Sari xəttində hərəkət edən avtobusun qəzaya düşməsi nəticəsində 11 nəfər dünyasını dəyişib, 28 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. 
Gununsesi.info İRNA-ya istinadən xəbər verir ki,  hadisə İranın Abali şəhərində qeydə  alınıb.
Qəza bu gün səhər saatlarında  baş verib. Polisin verdiyi məlumata əsasən avtobus  yoldə nəzərdə tutulan sürət həddi ilə hərəkət edib, ancaq qəzanın nədən baş verdiyi bilinmir.
Hazırda qəzanın səbəbləri araşdırılır.
Gununsesi.info