Türkiyənin Çorum vilayətinin Osmancık rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun yerli KİV-ə istinadən verdiyi xəbərə görə, sürətlə hərəkət edən sərnişin avtobusu yol kənarında dayanan ağır tonnajlı yük maşınına (TIR) çırpılaraq yanıb. Nəticədə 9 nəfər ölüb, 19 nəfər xəsarət alıb. Ölü sayının artacağı ehtimal edilir.
Gununsesi.info