Avtobusdan düşən gənc maşının altında qaldı

  • Müəllif: admin
  • 20 May 2018 10:15

Mayın 19-u axşam saat 18:30 radələrində Şəki şəhəri, Arif  Abdullazadə küçəsi ev 24 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Elvin Fikrət oğlu Cəlalov kəllə-beyin travması, alın və burnunun əziyi xəsarətləri  ilə Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, 23 yaşlı Elvin Cəlalov Şəki şəhər daxilində  marşrut üzrə hərəkət edən mikroavtobusdan düşüb yolu keçmək istəyən zaman onu minik maşını vurub.

Xəstəxanadan apa-ya Elvin Cəlalovun vəziyyətinin orta-ağır olduğu bildirilib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info