Avtobusdan oğurluq edən şəxs uzağa qaça bilmədi

  • By admin
  • 01 Dekabr 2016 15:20

ogru

Abşeron rayon polis idarəsinin əməliyatçıları marşrut avtobuslarından oğurluq etməkdə şübhəli bilinən Tovuz rayon sakinini saxlayıb.

Gununsesi.info xəbər verir ki, əslən Qazax rayonunun Aşağı Salahlı kəndindən olan Seymur Şahid oğlu Vəliyevi Abşeron rayona polis idarəsinin əməliyatçıları marşrut avtobus sürücülərinin şikayəti əsasında saxlayıb. Saxlanılan Seymur Bakıya 5 ay əvvəl işləmək adı ilə gəlib. Bir müddət sonra işlədiyi müəssə bağlanandan o, paytaxtı tərk etmək istəmədiyi üçün oğurluğa əl atıb. Marşrut avtobuslarına əyləşən Seymur sonuncu dayanacağa çatanda oturacaqların arasındə gizlənib. Sürücü dayanacaqda saxlayıb avtobusdan düşdükdən sonar Seymur pulları götürərək qaçıb. Seymur Vəliyevin sözlərinə inansaq o avtobuslarla bir mersedes markalı avtomobilidə qarət edib. Seymur avtomobilin içərisindən sənəd, fleş kartı və pul aparıb.

Aşkar olunan faktlarla əlaqədar Abşeron rayon Polis İdarəsində başlanan Cinayət işi üzrə araşdırmalar davam edir.

Gununsesi.info