Avtobusla minik avtomobili toqquşub - FOTOLAR

  • By admin
  • 16 Sentyabr 2016 14:30

26-maasurut

Gününsəsi.info xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində, “Funda” Tibb Mərkəzinin qarşısında qeydə alınıb.  26 saylı xətt üzrə hərəkət edən avtobusla “Nissan” markalı minik avtomobili toqquşub. Avtobus sonuncu dayanacağa çatdığı üçün içərisində 3 sərnişin və sürücü olub. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Belə ki, qəzadan sonra avtobus yol kənarında quraşdırılan Daxili İşlər Nazirliyinin nəzarət kamerasının dirəyinə çırpılıb. Şahidlərin sözlərinə görə, avtobusun sürücüsü yolayrıcından çıxan “Nissan”ı görməyib. Bu səbəbdən də qəza baş verib. Hər iki avtomobil evakuatorlarla hadisə yerindən götürülərək cərimə meydançasına aparılıb. Hadisə yerində olan yolpatrul xidmətinin əməkdaşları ölçülər götürüblər. Qəzanın baş vermə səbəbləri araşdırılır.

HTML tutorial

maasurut

maasurut1

Gününsəsi.info