Avtobusun yarğana aşması nəticəsində 14 nəfər həlak oldu

  • By admin
  • 24 Dekabr 2016 08:47

malayziya

Malayziyada avtobusun yarağana aşması nəticəsində 14 nəfər həlak olub, 16 nəfər yaralanıb. Bu barədə “The Star” qəzeti məlumat yayıb.

Gununsesi.info-nun məlumatına görə, hadisə ölkənin cənubunda baş verib. Cohor Baru şəhərindən Kuala Lumpura səhər saatlarında yola düşən avtobus yoldan çıxaraq yarğana aşıb. Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər gəliblər.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Gununsesi.info